Ədliyyə mayoru, Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev hakim təyin olunub.
Publika.az xəbər verir ki, o, Prezident İlham Əliyevin imzaladığı bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncama əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.
Qeyd edək ki, C.Nəbiyev 1990-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.
C.Nəbiyev Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb.