Azərbaycan yığması UEFA Millətlər Liqasında ən az xal toplayan üçüncü komandadır.
News24.az xəbər verir ki, C Liqasında mübarizə aparan Fernandu Santuşun baş məşqçisi olduğu kollektivlə yanaşı, Qazaxıstan B Liqasında, Andorra isə D Liqasında 1 xalla kifayətlənib.
Hər üç milli 3-5-ci yerləri bölüşüblər.
C Liqasında Litva və B Liqasında Finlandiya yığmaları xal qazana bilməyiblər.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsində 54 komanda çıxış edib. Sonuncu turda İsveçə səfərdə 0:6 hesabı ilə uduzan Azərbaycan millisi D Liqasına düşüb.//Report