AZ

“Bomba siklonu” Vaşinqtonda 600 min insanı işıqsız qoydu

ABŞ-ın şimal-qərbində baş verən \"bomba siklonu” Vaşinqton ştatında 600 mindən çox insanı işıqsız qoyub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın şimal-qərbinə təsir edən \"bomba siklonu” Vaşinqton ştatında ağacların aşmasına və yolların bağlanmasına səbəb olub.

Yanğınsöndürənlər sakinlərə evlərinin alt mərtəbəsinə sığınmaları, pəncərələrdən uzaq durmaları və zərurət olmadıqca çölə çıxmamaları haqda xəbərdarlıq edib.

Səlahiyyətlilər, güclü külək və yağışa səbəb olan qasırğa nəticəsində bir qadının yıxılan ağacın altında qalaraq həyatını itirdiyini açıqlayıb.
 
Gülay
Seçilən
26
3
azxeber.com

7Mənbələr