AZ

Yol qəzalarının artmasına səbəb nədir? - Ekspert DANIŞDI

Dövlət Statistika Komitəsi bu il ərzində baş verən qəzalar barədə məlumat yayıb.

Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında 1031 yol-nəqliyyat hadisəsi baş verib. 9 ay ərzində baş verən qəzalarda 520 nəfər həlak olub, 914 nəfər isə yaralanıb.

Bu qəza statistikalarını azaltmaq üçün hansı addımlar atılmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, qəzaların hansı səbəblərdən baş verdiyi dərindən araşdırılmalıdır:

362793

"Düşünürəm ki, qəza riskləri araşdırılmalı və öyrənilməlidir. Həmçinin, bu istiqamətdə monitorinqlər aparılmalıdır. Ərazilərin relyefinin qəzaya səbəb olub-olmadığı, işıqlanmanın yetərli səviyyədə olmaması kimi faktorların hər biri dəqiq şəkildə öyrənilməlidir. 

Bütün bunlardan sonra qəzaların əsl səbəblərini bilmək olar. Əks halda, verilən cavablar qənaətbəxş olmayacaq. Üstəlik, bu araşdırmalar aparılmadığı təqdirdə yol qəzaları artmağa davam edəcək. Hesab edirəm ki, yaxın gələcəkdə bununla bağlı müsbət addımlar atılacaq".

Pərviz

Seçilən
8
20
hit.az

10Mənbələr