AZ

Bu kluba pul ayıran Elxan Məmmədovun adamı imiş…

«Kəpəz»ə maliyyə dəstəyi verilməsindən xəbərdarsız. Saytımız bu haqda yaxınlarda məlumat paylaşıb.
Artıq yardımı edən şəxsin kimliyi da redaksiyamıza məlumdur. Həmin insan Fərman Əlizadədir. Onun tərəfindən Gəncə klubuna 100 min manat ianə ödənilib.
O, kimdir? Bunu da dəqiqləşdirmişik. Əlizadə «Aqrosport»un direktorudur. Bu şirkətin AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova bağlı olmasını da xatırladaq. Gəncəli funksioner artıq 5 ildir ki, «Aqrosport»un başındadır.
Nizami yurdunda nə çox iş adamı? Bəs Fərman bəyin digərlərindən fərqli olaraq, «Kəpəz»ə canının yanması kiminlə əlaqədardır? Onun klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə yaxın münasibətləri var - bunu da bildirək.
SPORTİNFO.AZ

Seçilən
16
sportinfo.az

1Mənbələr