AZ

Azarkeşlər boş qapıya qol vura bilməyən kolumbiyalı futbolçunu ələ saldılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kolumbiya millisinin DÇ-2026-nın seçmə mərhələsində evdə Ekvadora 0:1 hesabı ilə məğlub olduğu matçdan sonra maraqlı hadisələr yaşanıb. Azarkeşlər boş qapıya qol vura bilməyən futbolçunu ələ salıblar.
Oxu.Az xəbər verir ki, oyunun gedişində meydan sahiblərinin hücumçusu Con Kordoba topu boş qapıdan keçirə bilməyib.
Bundan sonra azarkeşlər onun "Wikipedia"da ispan dilində olan səhifəsinə müdaxilə edərək ləqəbini dəyişiblər. Onlar futbolçunu "el tronco sin piernas" - "ayaqsız gövdə" adlandırıblar. Daha sonra isə "O, əlildir və heç bir qol vurmur" cümləsini mətnə əlavə ediblər.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra Kolumbiya qrupda 19 xalla 4-cü pillədə qərarlaşıb. Eyni xala malik Ekvador isə 3-cüdür.
Seçilən
20
oxu.az

1Mənbələr