AZ

Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərdi

FİFA referisi Əliyar Ağayev növbəti dəfə Millətlər Liqası oyununu idarə edib.

"Football-plus.az" xəbər verir ki, o, A Liqasının 3-cü qrupu çərçivəsində 6-cı turun Bosniya və Hersoqovina – Niderland oyununun baş hakimi olub.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.

1:1 hesabı ilə başa çatan matçda Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərib. O, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, Niderland qrup mərhələsini 9 xalla 2-ci, Bosniya və Hersoqovina isə 2 xalla sonuncu yerdə bitirib.

Seçilən
18
1
football-plus.az

4Mənbələr