AZ

Məhkəmədən Müşviq Şahverdiyev barədə QƏRAR

Aktyor, ssenarist Müşfiq Şahverdiyev məhkum olunub.

 

Modern.az "gununsesi.info"ya istinadən xəbər verir ki , “Cinemazadeh” şirkətinin rəhbəri Cəfər Axunzadə komediya aktyorunu məhkəməyə verib.

 

O, Müşfiq Şahverdiyevin Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma), 148-ci (Təhqir) maddələri ilə həbs edilməsini tələb edib.

 

Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edərək aktyoru Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.

 

Məhkəmədən məlumatı Modern.az-a təsdiqləyib.

Seçilən
3
14
modern.az

10Mənbələr