AZ

Livan İsraili BMT-yə şikayət edib

Livan oktyabrın 2-dən noyabrın 11-dək İsrailin öz ərazisinə etdiyi hücumlarla bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib.

Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının hücumları dayandırmaq üçün məsuliyyəti öz üzərinə götürməli və hərəkətə keçməli olduqları xatırladılıb.

Açıqlamada bildirilib ki, şikayət ərizəsində İsrailin sahil şəhəri Batrunda livanlı İmad Ehmezi qaçırdığı, quru hücumlarını davam etdirdiyi, Yarun, Aytarun Marun er-Ras, Meys el-Jabel və digərləri kimi kənd və məhəllələri tamamilə yerlə-yeksan etdiyi, Livan ordusunu, mülki okbeytləri və sivil insanları hədəf almağa davam etdiyi vurğulanıb.

Açıqlamada İsrailin Baalbek və Nabatiyedəki tarixi binaları hədəf aldığına diqqət çəkilərək, həmçinin Sayda rayonundakı Adlun və Sur rayonundakı Deyr Qanun əl-Nehr, Ras əl-Ayn və Ayn Baalda təcili yardım maşınları, təcili yardım mərkəzləri və işçilərini hədəf aldığı hücumların da şikayətə daxil edildiyi bildirib.



Seçilən
9
1
trt.net.tr

2Mənbələr