AZ

Oqtay Qasımov:“Ermənistanda hər hansı əlahiddə dəyişiklik gözlənilmir”

Ermənistanda baş verən son hadisələr diqqətlə izlənilir və təhlil edilir. Baş nazir Nikol Paşinyanın son kadr islahatlarının hansı zərurətdən həyata keçirməsi də böyük maraq doğurur.

Müxtəlif fərziyyələr mövcuddur. Bəs əslində Ermənistanda nə baş verir. KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Oqtay Qasımov bildirib ki, bu, Paşinyan siyasətinin tərkib hissəsidir:

“ Ermənistanda hər hansı əlahiddə dəyişiklik görünmür. Sadəcə Paşinyan imicini dəyişib, saqqalını təraş edib. Bundan sonra bir neçə nazir və komitə sədrini istefaya göndərib. Ermənistanda bu cür vəzifə dəyişiklikləri və təyinatlar zaman-zaman həyata keçirilib.Bunun Amerikadakı seçkilərlə heç bir əlaqəsi yoxdur. Hal-hazırda vəzifədən kənarlaşdırılan şəxslər də ictimai rəydə Paşinyan hakimiyyətinə müəyyən qədər zərər verən şəxslər kimi qəbul olunur. Paşinyan da məhz onları kənarlaşdırmaqla nüvuzunu qorumağa çalışır. Dəyişkilklər, Paşinyanın partiya daxilində və hökumətdə öz mövqelərini gücləndirmək üçün atılan addımlar kimi də dəyərləndirilməlidir. Ən azı Ermənistan siyasi elitasında hal-hazırda Paşinyana alternativ siyasətçi yoxdur və o, partiyanın şəriksiz lideridir. Altı il yarımlıq hakimiyyəti dönəmində də Paşinyan ölkədəki proseslərə  nəzarət edə bilir. Müxalifətdəki rəqiblərini də ciddi şəkildə zəiflədir”.

Daha sonra Nikol Paşinyanın Ermənistanın istiqlal bəyannaməsi ilə bağlı fikirlərinə münasibət bildirən politoloq qeyd etdi ki, belə açıqlamaları Paşinyandan tez-tez eşitmişik: “Bu ilin əvvəlində Paşinyan Ermənistan konstitusiyası haqqında danışan zaman bildirmişdi ki, bu konstitusiya Ermənistanı qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasına imkan vermir. Bunlar sadəcə erməni cəmiyyətinə həm də müəyyən mesajlardır. Bu, heç də o demək deyil ki, Paşinyan dərhal dəyişiklilklərə gedəcək və konstitusiya islahatı həyata keçirəcək. Bu, sadəcə Paşinyanın ənənəvi siyasi manevridir. Paşinyan bu addımları atanda dünyada yaranan reallıqları nəzərə  alır. Xüsusilə ABŞ-də keçirilən prezident seçkiləri və onun nəticələri Ermənistanda heç də məmnunluqla qarşılanmır. Ermənistan hakim elitasının əsas ümidi Kamala Harrisin hakimiyyətə gəlməsi idi. Amma bu ümidlər doğrulmadı və indi Ermənistan yaranan yeni şəraitdən özü üçün dvidentlər əldə etməyə çalışır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr