AZ

Rəsmi Bakı: Fransanın addımları sülh prosesinə zərbədir, normallaşma prosesini təhlükə altına salır

Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımları sülh prosesinə zərbədir.

APA xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib.

“Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.

Seçilən
11
6
apa.az

8Mənbələr