AZ

Bayden Ukraynaya daha bir sursat tədarükünə razılıq verdi

ABŞ Prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünə razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, bu sursatların istifadəsi Ukrayna ərazisi ilə məhdudlaşır:

"Ukrayna qüvvələri üçün veriləcək minalar zaman keçdikcə özünü məhv edən və ya batareyanın gücünü itirərək fəaliyyətsiz hala gələn minalardır. Bu, mülki şəxslər üçün təhlükəni azaldır. ABŞ Müdafiə Nazirliyi əmindir ki, bu cür sursatların tədarükü Rusiya ordusunun irəliləyişinin qarşısını almaq üçün ən təsirli addımlardan biridir".

Seçilən
22
axar.az

1Mənbələr