AZ

Son 25 ildə Bakıda istilik dalğaları 14 dəfə artıb - Umayra Tağıyeva

"2050-ci ilə qədər şəhərlərin əhalisi 2.5 milyard artacaq və qlobal əhalinin 68%-i şəhərlərdə yaşayacaq".

APA xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən "Şəhərlərdə təbiət, sağlamlıq və dayanıqlılıq" mövzusunda yüksək səviyyəli dəyirmi masada ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O, qeyd edib ki, qlobal istiləşmə şəhərlərdə daha tez-tez və ciddi şəkildə hiss edilən ekstremal hava hadisələri ilə müşayiət olunur:

"Sürətli urbanizasiya səbəbindən antropogen təzyiq həm təbiət, həm də insan sağlamlığı üçün əlavə risklər yaradıb. Bu, su və hava çirklənməsi, biomüxtəlifliyin itirilməsi və torpağın deqradasiyası vasitəsilə müşahidə edilib. Son onilliklərdə şəhər ərazilərinin əhalisi iqlim dəyişikliyi ilə bağlı ekoloji dəyişikliklər də daxil olmaqla bir çox qlobal problemlərə qarşı daha həssas hesab edilir. Ətraf mühitin bütün bu mənfi transformasiyaları gələcək nəsillərə təsir edəcək".

U.Tağıyeva deyib ki, iqlimin istiləşməsi və istilik dalğaları şəhər əhalisinin sağlamlığı üçün daha çox risk yaradır:

"Xüsusilə böyük şəhərlərdə əhali hava şəraitinə daha həssasdır. Son illərdə regionumuzda 25 m/s-dən yuxarı güclü küləklərin sayı 12 dəfə artıb. İstilik dalğaları Azərbaycanda tezləşib və Bakı şəhərində 1990-cı illərlə müqayisədə 14 dəfə artıb".


Seçilən
13
14
azia.az

10Mənbələr