AZ

Anar Quliyev: COP29 fərqli sektorlar üzrə nazirlər arasında dialoqun aparılması üçün mükəmməl platformadır

"COP29 fərqli sektorlar üzrə nazirlər arasında dialoqun aparılması üçün mükəmməl platformadır".

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bugünkü mətbuat konfransında söyləyib.

O deyib ki, hazırda dünyada iqlim dəyişikliyi ətrafında yaranmış vəziyyət bu sahədə qlobal səviyyədə buraxılan boşluqlardan dərs çıxarmağı və yenidən baxılmasını zəruri edir:

"Dayanıqlı ekosistemin yaradılması tullantıların həcminin azaldılması və maraqlı tərəflər arasında bu sahədə dayanıqlı əməkdaşlığın formalaşması istiqamətində əlavə tədbirlər görülməsini şərtləndirir. Biz bu istiqamətdəki təşəbbüsləri dəstəklədikləri üçün Misir, BƏƏ və Braziliyadan olan həmkarlarımıza təşəkkür edirik. Bu sahədə fəaliyyəti intensivləşdirməklə həm ölkələrimiz arasında sözügedən sahədə əməkdaşlığın dərinləşməsi, həm də iqlim maliyyəsi üzrə öhdəliklərin icrası üçün zəmin yaradırıq. Hesab edirəm ki, bizim götürdüyümüz öhdəliklər hiss edilə biləcək dərəcədə vacib nəticələr formalaşdırmalıdır".

Seçilən
14
apa.az

1Mənbələr