AZ

COP-29-a ev sahibliyi edən Azərbaycanı bu böyük uğur münasibətilə təbrik edirəm -Dilyor Xakimov

“COP-29-a və xüsusilə bu vacib mövzuya həsr olunmuş dəyirmi masaya ev sahibliyi edən Azərbaycanı bu böyük uğur münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, bu gün panel iştirakçılarının çıxış və fikirlərinə diqqətimizi yönəltmək vacibdir.”

Bu fikirləri BMT-nin institusional əlaqələr, tərəfdaşliqlar və təşviqat üzrə direktoru Dilyor Xakimov COP29 çərçivəsində Yaşıl Zonada “Turizm sektorunda iqlim ambisiyalarının artırılması – öhdəliklərdən icraya qədər” mövzusunda panel müzakirə zamanı deyıb.

Dilyor Xakimov bildirib ki, tarixi bir turizm hadisəsi olaraq qeyd etdiyimiz bu tədbirdə, həmkarım Rossananın da dediyi kimi, diqqətimizi iqlim dəyişikliyi mühitində bərpa, uyğunlaşma və maliyyələşdirmə yollarına yönəldirik: “Bu sütunlar turizmi iqlim dözümlülüyü və ekosistemlərin bərpası üçün gücə çevirmək baxımından vacibdir. Azərbaycan Dövlət Turizm Agentliyinin hörmətli nümayəndəsinin də qeyd etdiyi kimi, qlobal iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşmaq üçün karbon emissiyalarını azaltmaq, təbii fəaliyyətləri gücləndirmək və icmaları, eləcə də biznesləri dəstəkləmək əsas şərtdir. Düşünürəm ki, bu gün COP-26-da başladılan “Qlasqou İqlim Fəaliyyəti üzrə Bəyannamə” təşəbbüsünü xüsusilə turizm sahəsində vurğulamaq vacibdir. Bu təşəbbüs iqlim fəaliyyəti üçün bir çərçivə təqdim edərək, ölçmə, karbon azaldılması, bərpa, əməkdaşlıq və maliyyələşdirmə yollarını müəyyənləşdirmiş və 900-dən çox təşkilatı konkret addımlar atmağa ruhlandırmışdı.”

BMT-nin institusional əlaqələr, tərəfdaşliqlar və təşviqat üzrə direktoru vurğulayıb ki, bu gün həmin çərçivə COP-29-un nəticəsi kimi bu səhər COP-29-un eyni məkanında keçirilmiş nazirlər toplantısının yekun sənədi olan “Turizmdə İqlim Fəaliyyətinin Gücləndirilməsi üzrə Bəyannamə”nin dərc edilməsi ilə daha da gücləndirilib.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
10
1
ikisahil.az

2Mənbələr