Editor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, bu Ufada yunan-Roma güləşi üzrə Rusiya kuboku zamanı baş verib. Daha sonra Xabirovun “Mercedes” markalı avtomobili Ufa-Orenburq şossesi ilə saatda 140 kilometrdən çox sürətlə Rima Batalova Mərkəzinə tərəf gedib. Mənbə qeyd edir ki, bu, Xabirovun avtomobilinin ilk yüksək sürəti deyil. Bir sözlə, o, sürəti çox sevir.
Keçən ayın sonunda Xabirovun 16 yaşlı ögey oğlu sosial şəbəkələrdə Ufanın mərkəzində polisin “burnunun dibində” pit-velosiped sürməsi ilə öyünmüşdü.
“Mən dörd keçid məntəqəsindən keçdim, onların vəcinə deyildi”, – deyə yazmışdı. Eyni zamanda, qanuna əsasən, pit-baykerlərə şəhərin mərkəzində deyil, yalnız meşə cığırlarında və xüsusi cığırlarda sürməyə icazə verilir.