AZ

75% vergi güzəşti kimlərə və necə tətbiq ediləcək? - Millət vəkili

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, mikrosahibkarlıq fəaliyyəti göstərən vətəndaşlarımızın, fiziki şəxslərin illik gəliri 45 min manatdan çox deyilsə, onlara xüsusi vergi güzəştləri tətbiq olunacaq.

Bu sözləri Axar.az-a deputat, iqtisadçı alim, millət vəkili Vüqar Bayramov jurnalistlərin gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsinə münasibət bildirərkən deyib.

"Bu, o deməkdir ki, həmin vətəndaşlarımız bütövlükdə ümumi gəlirlərinin, dövriyyəsinin 5 faizi həcmində vergi ödəyəcəklər. Burada fərqli sahələr - jurnalist fəaliyyəti, araşdırma və tədqiqat sahəsi, elm, təhsil və idman sahəsində göstərilən xidmətlər, turizm bələdçiliyi, tərcümə xidməti və digər fəaliyyətlər var. Jurnalist xidməti müqavilə ilə çalışırsa, onun il ərzində 45 min manatadək olan dövriyyəsinə 5 faiz vergi tətbiq olunur. Bu da nəticə etibarı ilə jurnalistlər də daxil olmaqla, mikrosahibkar, yəni fiziki şəxs kimi fəaliyyət göstərən və xidmət müqaviləsi əsasında gəlir əldə edən vətəndaşlarımıza vergi güzəştinin tətbiqinə imkan verəcək. Əgər jurnalist özəl sektorda çalışırsa, o, gəlir vergisindən azaddır. Çünki 2019-cu ildən etibarən 7 il müddətində özəl sektorda fəaliyyət göstərən, sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımız gəlir vergisindən azaddır. Yalnız sosial vergi ödəyir. Amma bu güzəştlər VÖEN-i olan, mikrosahibkar kimi fəaliyyət göstərən jurnalistlərə, o cümlədən araşdırma aparan və digər qeyd etdiyimiz istiqamətdə çalışan vətəndaşlarımıza aiddir. Yəni bu, maaşa tətbiq edilən güzəşt deyil. Mikrosahibkar kimi fəaliyyət göstərən, xidmət müqaviləsi ilə çalışan jurnalistlərə aiddir", - millət vəkili bildirib.

Seçilən
15
1
axar.az

2Mənbələr