AZ

Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Paralel.az xəbər verir ki, bu barədə COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyənin Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında keçirilən görüşdə fikir mübadiləsi aparılıb.

Görüş zamanı su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.

Əlavə olaraq, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Seçilən
20
18
paralel.az

10Mənbələr