Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər yanvarın 20-dək daha 5 irimiqyaslı raket hücumu həyata keçirə bilər.
Sitat.info xəbər verir ki, bu barədə Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Aleksandr Musienko deyib.
Ekspert Rusiyanın qitələrarası strateji ballistik raket RS-26 Rubej-i hücuma hazırlaması ilə bağlı məlumatı şərh edib.
"Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl bütün imkanlarını səfərbər edeəcək. Bu baxımdan indi Rusiyanın yanvarın 20-dən əvvəl raket zərbələri endirməsi riskləri var. 4-5 daha irimiqyaslı hücumların ola biləcəyini düşünürəm.
O qeyd edib ki, əvvəllər hərbçilər və prezident belə risklərin artdığı və Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğu barədə xəbərdarlıq ediblər.
Seymur,
Sitat.info