AZ

Acun Ilıcalı ilə bağlı araşdırma başlanıldı

İstanbul Cümhuriyyət Prokurorluğu Türkiyədə bir neçə telekanala və “Exxen” videoşəbəkəsinə sahib olan “Fənərbaxça” klubunun ikinci prezidenti Acun Ilıcalı haqqında araşdırmaya başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, məşhur aparıcının rəhbərlik etdiyi telekanallarda UEFA Millətlər Liqasının oyunları zamanı qanunsuz mərc oyunlarının keçirildiyi internet saytları reklam edilib. Bu səbəbdən Acunun sahibi olduğu TV8 kanalı və “Exxen” platforması haqqında prokurorluq tərəfindən araşdırma başladılıb.

Qeyd edək ki, bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində bir sıra məşhurlar da saxlanılıb. Həmin şəxslərdən müğənni Serdar Ortaç və teleaparıcı Mehmet Ali Erbil daha sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

phrase_var_article.chosen
57
5
qafqazinfo.az

6phrase_var_article.sources