AZ

DGK sədri: "Yaşıl gömrük təşəbbüsünün ilk tələbi gömrük proseslərini rəqəmsallaşdırılmasıdır"

Yaşıl gömrük təşəbbüsü ilk növbədə gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir.

FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.

O bildirib ki, "Yaşıl Gömrük" konsepsiyası beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin və dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşıya məqsəd qoyur: "Texnologiyalardan istifadə etməklə biz səmərəliliyi artıra, prosesləri sadələşdirə, nəqliyyat və logistika sahəsində ekoloji problemləri minimuma endirə bilərik. Həmçinin potensialın gücləndirilməsini nəzərə alaraq gömrük əməkdaşlarını Yaşıl Gömrük sahəsində zəruri alətlərlə təchiz etməklə məlumatlılığın artırılmasını təmin etmək və bütün dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yaratmaq mümkündür".

DGK sədri qeyd edib ki, bu baxımdan Komitə ətraf mühitin mühafizəsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirib: "Ölkəmizdə yaşıl nəqliyyata keçidi təşviq etmək üçün elektrik və hibrid nəqliyyat vasitələrinin idxalına tətbiq olunan gömrük güzəştləri buna nümunədir. 2019-cu ildən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilmiş, həmçinin 2022-ci ildən isə istehsal tarixi 3 ildən az olan elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gömrük rüsumundan azaddır. Bu islahatlar yaşıl nəqliyyata keçidi stimullaşdıraraq ətraf mühitin mühafizəsi istiqamətində mühüm addım təşkil edir". (Report)

Seçilən
33
fed.az

1Mənbələr