"Türkiyə terrorla mübarizə strategiyasını ətraf bölgədəki hadisələrə əsaslanaraq yeniləyir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G20 sammitindən qayıdarkən jurnalistlərə deyib.
“Bölgəmizdə baş verən hadisələrə uyğun olaraq terrorla mübarizə strategiyamızı yeniləyirik, terror təşkilatlarının fəaliyyət imkanlarını aradan qaldırmağa yönəlmiş sosial və iqtisadi siyasətlər hazırlamışıq”, - deyə, Ərdoğan bildiirb