AZ

Acun Ilıcalı haqqında araşdırma başladıldı

style='margin-bottom:10px;'>

İstanbul Cümhuriyyət Prokurorluğu türk iş adamı Acun Ilıcalı haqqında araşdırma başladıb.

QOL.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

A.Ilıcalı Türkiyədə bir neçə telekanala və “Exxen” videoşəbəkəsinə sahibdir. O, həmçinin İngiltərənin "Hall Siti" klubunun sahibidir və “Fənərbaxça”nın 2-ci prezidentidir. 

Məşhur iş adamı haqqında araşdırma başladılmasına səbəb isə onun rəhbərlik etdiyi telekanallarda UEFA Millətlər Liqasının matçları zamanı qanunsuz mərc oyunlarının keçirildiyi internet saytlarının reklam edilməsidir.

Ona görə də Acunun sahibi olduğu TV8 kanalı və “Exxen” platforması haqqında araşdırma başladılıb.

Ilıcalı isə bu barədə açıqlama verib. O deyib: "İsrarla başa düşməyənlər və başa düşmək istəməyənlər üçün bir daha söyləyirəm: Xarici ölkələrdə keçirilən oyunların reklam löhvələrinin satışı ev sahibi ölkənin futbol federasiyasına aiddir. Necə ki, Türkiyədə keçirilən milli oyunlarının reklam löhvələrinin satışı Türkiyə Futbol Federasiyasına aiddirsə, Monteneqro - Türkiyə matçının reklam lövhələrinin satışını da Monteneqro Futbol Federasiyası edib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi yoxdur". 

Qeyd edək ki, Türkiyədə bir müddətdir qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.

Seçilən
26
teleqraf.com

1Mənbələr