AZ

Rusiya nüvə müharibəsi hazırlıqlarına başladı- əhalini qorumaq üçün sığınacaqlar hazırlanır...

Image

ABŞ-ın Kiyevə Rusiya ərazisində Amerika ballistik raketlərindən istifadə etməyə icazə verib. Rusiya prezidenti Putin isə bundan dərhal sonra ölkənin yeni nüvə doktrinasını təsdiqləyib

Yeni doktrinaya görə, Ukraynanın ballistik raketlərdən istifadə etməsinə qarşı Rusiya taktiki nüvə silahından istifadə edə bilər.

Bu arada, 3 ildir Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya 3-cü Dünya Müharibəsinə qarşı hazırlıqlarını da davam etdirir. Moskva administrasiyası əhalini nüvə partlayışlarından qoruyacaq mobil sığınacaqların kütləvi istehsalına başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Tədqiqat İnstitutu əhalini nüvə partlayışından qoruyacaq mobil sığınacaqların kütləvi istehsalına başladığını açıqlayıb.

“KUB-M” adlı mobil sığınacaq əhalini nüvə partlayışlarından qaynaqlanan şok dalğalarından və radiasiya da daxil olmaqla, müxtəlif təhlükələrdən qoruyacaq. Sığınacaqların təbii fəlakətlər zamanı da istifadəsı nəzərdə tutulur. Bildirilib ki, səyyar sığınacaqlar 54 nəfərlikdir və bu sayı artırıla bilər. 

“Səyyar sığınacağın kütləvi istehsalına başlanması vətəndaşların təhlükəsizliyinin artırılması istiqamətində mühüm addımdır”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, sığınacaqlar yüngül nüvə hücumu, yanğın, silahlı hücumu, radioaktiv buraxılış və kimyəvi təhlükələrə qarşı insanları 48 saat qoruya bilir.

TAHİR






Seçilən
19
baki-xeber.com

1Mənbələr