AZ

İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət

Düzgün yanaşma ilə, idman salonuna üzv olmadan 10 kiloqrama qədər artıq çəki itirə bilərsiniz. 

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Şəxsi Təlimçilər Akademiyasının (IPTA) sertifikatlı fitnes məşqçisi Domenik Angelino eatthis.com saytına danışıb.

"Sadəcə bədəninizlə məşq edərək də kalori yandıra bilərsiniz. Çəki atmaq üçün üç funksional yol var: daha az yemək, daha çox məşq etmək və ya hər ikisini birlikdə tətbiq etmək. İkisini birləşdirmək daha təsirli olur", deyə deyə Angelino vurğulayıb.

Onun fikrincə, sürətli arıqlamağı hədəfləmək lazım deyil, sağlam tempdə arıqlamaq üçün gündə yandırdığınızdan təxminən 250-1000 kalori az istehlak etməlisiniz.

İdman etmədən 10 kq necə arıqlamaq olar? 
 

Domenik Angelino idman zalına abunə olmadan artıq çəkidən qurtulmaq üçün beş əsas məsləhət təqdim edib:

1. Qidalandırıcı pəhrizə riayət edin: Pəhriz, çəki itirməkdə həlledici rol oynayır. Angelinonun dediyinə görə, pəhrizi həddindən artıq mürəkkəbləşdirmək və ya məhdudlaşdırıcı etmək lazım deyil. Sadəcə yüksək kalorili qidaları daha az kalorili alternativlərlə əvəz etməklə də nəticə əldə etmək mümkündür.

2. Effektiv vərdişlər formalaşdırın: Təlimçinin fikrincə, ən önəmli vərdişlərdən biri məşq üçün uyğun məkan seçməkdir. Bu məkan evdəki bir guşə, yaxınlıqdakı park və ya özünüzü rahat hiss etdiyiniz hər hansı bir yer ola bilər.

3. Həftədə 3-5 gün məşq edin: Daha çox məşq etmək daha çox kalori yandırmaq deməkdir və bu, arıqlama prosesini sürətləndirir. Lakin həddini aşmaq da məsləhət deyil: balanslı yanaşma vacibdir.

4. Ev üçün münasib idman avadanlığı alın: Angelino qeyd edib ki, hər hansı avadanlıqdan istifadə etməklə daha sürətli irəliləyiş əldə etmək mümkündür. Məsələn, əzələlərinizi gücləndirmək üçün tənzimlənən qantellər, yaxud kardio üçün velotrenajor və ya qaçış yolu almağı düşünə bilərsiniz.

5. Məşqlərdə irəliləyişləri nəzərə alın: Məşqləriniz nə qədər intensiv və uzunmüddətli olarsa, o qədər çox kalori yandırarsınız. Buna görə də, təlimçi tövsiyə edir ki, məşqlərinizə strateji irəliləyişlər daxil edin. Bu, arıqlamaq prosesini sürətləndirməyə kömək edəcək.

Aydın

Seçilən
17
20
qaynarinfo.az

10Mənbələr