AZ

Fransanın baş naziri 18-ci dəfə qanunu müzakirəsiz qəbul etdi

Fransanın baş naziri Elizabet Born parlamentdə səsvermə olmadan yeni sosial təminat büdcəsinin qəbul edildiyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yayım Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) saytında aparılıb.

Hökumət 18-ci dəfədir ki, konstitusiyanın Nazirlər Kabinetinə maliyyə layihələrinə baxarkən parlamentdə müzakirə edilmədən öz məsuliyyəti ilə qanunlar qəbul etməyə imkan verən 49.3-cü maddəsindən yararlanıb.

Müxalifətin hökumətə etimadsızlıq qərarını palatada səsverməyə çıxarmaqla cavab verəcəyi gözlənilir.

Milli.Az

Seçilən
229
3
milli.az

6Mənbələr