AZ

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarını multimodal rəqəmsal platformaya inteqrasiya edib

Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu sistemləri Orta Dəhliz ölkələri üçün Rəqəmsal Ticarət Dəhlizi olan multimodal rəqəmsal platformaya inteqrasiya edilib.

Avtosfer.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

O qeyd edib ki, bu istiqamətdə Türkiyə və Avropanın dəmir yolu administrasiyası ilə danışıqlar aparılır:

"Platformanı Sinqapurun "PSA" şirkəti hazırlayıb. Platforma dəhliz boyunca yükləri izləməyə imkan verir".

Nazir müavini vurğulayıb ki, bu il Aktau, Kurık və Bakı limanlarının terminal əməliyyat sistemi ilə məlumat mübadiləsini təmin etmək üçün iş aparılması planlaşdırılır. O, qeyd edib ki, Qazaxıstan 42 ölkə ilə avtomobil yolu ilə yük daşımaları üçün icazə blanklarının mübadiləsi sistemini tətbiq edib:

"Həmçinin Özbəkistanla elektron icazə blanklarının mübadiləsi üzrə pilot layihəyə start vermişik. Bu ilin sonuna qədər Qazaxıstan və Çin arasında daşımaların elektron icazə blanklarına inteqrasiyasını başa çatdıracağıq ki, bu da bütün icazələrin 60 %-ni rəqəmsal formata keçirməyə imkan verəcək".

Seçilən
24
avtosfer.az

1Mənbələr