AZ

“Qoy çuxurlarda otursunlar və qorxsunlar”...

Ukrayna mediası vəziyyəti gərginləşdirərək, Rusiyanın Ukrayna ərazisinə kütləvi zərbə endirmək üçün bombardmançıları topladığını bildirir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib. ...Bunu özləri də artırırlar... Biz eskalasiya ilə məşğul deyilik, tam əksi ilə məşğuluq. ABŞ Prezidenti Cozef Baydenin və ona qoşulan kanadalıların bizim ərazimizi uzaq mənzilli silahlarla vurmaq üçün ağılsızcasına qərarı olmasaydı, bunların heç biri baş verməzdi. Əks halda, qoy çuxurlarda otursunlar və qorxsunlar.

Kartapolov bunu jurnalistlərə bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Kiyevdəki səfirliyi tərəfindən Kiyevə mümkün hava hücumu ilə bağlı yayılan məlumatı şərh edib. O bildirib ki, bu məsələ Rusiya Müdafiə Nazirliyinin müstəsna səlahiyyətinə daxildir.

Əli Babayev

Seçilən
74
sia.az

1Mənbələr