AZ

Bu ölkədə vəba epidemiyasından ölənlərin sayı 1000-ə yaxınlaşır

Sudanda vəba epidemiyasından həyatını itirənlərin sayı 979-a yüksəlib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyindən açıqlama verilib.
 
Belə ki, ölkədə vəbaya yoluxanların ümumi sayının 34 min 108-ə çatdığı bildirilib.

Qeyd edək ki, Sudan hökuməti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
 
BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.

7News.Az
Seçilən
7
1
7news.az

2Mənbələr