AZ

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə geniş əməkdaşlıq imkanları mövcuddur

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, tərəflər görüş zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın uğurla davam etdirildiyini və geniş imkanlara malik olduğunu bildirib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

 

Seçilən
35
30
herbiand.az

10Mənbələr