“Məndən heç bir müğənni və aparıcı inciməsin. Ölkədə yalnız bir neçə səhifə var ki, onları qarşılıqlı izləyirəm. Amma qalanları mənə o qədər də vacib deyil”.
News24.az OLAY-a istinadla yazır ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) instaqram səhifəsində paylaşdığı postda yazıb.
Məşhur reallığı əks etdirməyən izləyici sayını saxta yollarla artıan şou əhlinə söz atıb:
“Kim səhifəsini fərqi yoxdur sıfırlayır hamıda qarşılıqlı eləsin. Mən kiminsə fanatı deyiləm yada mənə o qədər də önəmli bir şeylər yoxdur ki, izləyim. Camaat məni izləyir. Bəziləri kimi yalandan basıblar “follow”dan olublar “milyon izləyicisi olanlar”.