AZ

Qarabağ Universiteti ilə bağlı yeni xəbər

Gələn il Qarabağ Universitetinə 1200-1500 nəfər əlavə tələbənin qəbulu planlaşdırılır,

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O, növbəti ildə universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 17  milyon manat vəsaitin ayrılmasının proqnozlaşdırıldığını açıqlayıb. 

Nazir qeyd edib ki, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub, qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb.
Qarabağ Universitetində infrastruktur quruculuğu işləri yüksək sürətlə davam etdiyini deyən Emin Əmrullayevin bildirdiyinə
görə, hazırda universitetdə 160 nəfər əməkdaş fəaliyyət göstərir ki, onların 60-ı akademik, 100-ü inzibati və texniki heyətdir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
25
3
milli.az

3Mənbələr