AZ

Zelenski: Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəsi yoxdur

Ukrayna 1991-ci ildə olan sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəyə sahib deyil.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində bildirib.

“Başa düşürük ki, hazırda silah gücü ilə Rusiyanı 1991-ci ildə olan sərhəd xəttinə qaytarmaq üçün kifayət qədər gücümüz yoxdur”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Kiyev itirilmiş ərazilərdən imtina etmək niyyətində deyil, lakin köhnə sərhədlərə çatmağın mümkünsüzlüyünün fərqindədir.

Seçilən
29
4
apa.az

5Mənbələr