COP29 Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi beynəlxalq konfransdır. Biz COP29 çərçivəsində çox əhəmiyyətli müzakirələr apardıq. Burada yaşı 9-dan 75-ə qədər insanlar bir araya gəliblər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29 iştirakçısı Ki Hyun Lee deyib.
Böyük bir iqlim dəyişikliyi kampaniyasını təmsil etdiyini diqqətə çatdıran Ki Hyun Lee bildirib: “Burada bütün su idman növləri bir araya gəlir. Biz həm COP27-də, həm də COP28-də iştirak etmişik və 100-dən çox ölkəyə səyahət həyata keçirmişik”.
COP29-da aparılan müzakirələrin əhəmiyyətinə toxunan qonaq deyib: “Düşünürəm ki, bu müzakirələr iqlimlə mübarizədə böyük rol oynayacaq”.