Aparıcı-prodüser Tarix Əliyev (Tolik) milyonluq izləyicisi olan bir çox səhifəni saxta adlandırıb.
Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı onların saxta izləyici artırdıqlarını iddia edib:
"Məndən heç bir müğənni və aparıcı inciməsin. Ölkədə yalnız bir neçə səhifə var ki, onları qarşılıqlı izləyirəm. Amma qalanları mənə o qədər də vacib deyil.
Kim səhifəsini sıfırlayır hamı da qarşılıqlı eləsin. Kiminsə fanatı deyiləm, ya da mənə o qədər də önəmli bir şeylər yoxdur ki, izləyim. Camaat məni izləyir. Bəziləri kimi yalandan vurublar "follow"dan olublar milyon izləyicisi olanlar".