AZ

Fransızların əksəriyyəti Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəklədi

Fransızların yarıdan bir qədər çoxu – 51 %-i Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsinin lehinədir.

"Far.Az"un məlumatına görə, bunu BFMTV-nin sifarişi ilə “Elabe” tədqiqat və konsaltinq mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Telekanal sorğunun nəticələrinə dair şərhində qeyd edib ki, hələ oktyabrda azlıq hökumətin buraxılmasının tərəfdarı idi. Münasibətdə dəyişiklik Marin Le Penin ifrat sağçı “Milli Birlik” elektoratının tutduğu mövqe ilə əlaqədar baş verib.

Qeyd olunur ki, parlamentin aşağı palatasının deputatlarının bəziləri, xüsusən "Yeni Xalq Cəbhəsi" sol koalisiyasının bir hissəsi, hökumət Konstitusiyanın 49.3-cü maddəsini parlamentarilərin razılığı olmadan dövlət maliyyəsi haqqında qanun layihəsini qəbulu üçün tətbiq edərsə, etimadsızlıq səsverməsinin mümkünlüyü məsələsini qaldırır.

Oktyabrın əvvəlində Barnye kabineti əhəmiyyətli ictimai dəstəyə malik idi, fransızların yalnız 37 %-i etimadsızlıq səsverməsini istəyirdi.

Tədqiqatın nəticələrindən belə çıxır ki, “Milli Birlik” seçiciləri etimadsızlıq səsverməsinə dəstəklərini artırıblar. Sorğunun nəticələrinə görə, Le Pen tərəfdarlarının 61%-i belə qərarı dəstəkləyib. Bu, ötən ayla müqayisədə 32 faiz bəndi çoxdur.

Seçilən
11
3
far.az

4Mənbələr