AZ

Daha bir şirkət minlərlə işçisini ixtisar edəcək

Elektrikli avtomobillərə tələbatın azalması və Çin istehsalçıları ilə şiddətli rəqabət səbəbindən “Ford” şirkəti 2027-ci ilin sonuna qədər Avropada təxminən 4 min iş yerini ixtisar etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd olunur ki, ixtisarlar Almaniyada 3 min, Böyük Britaniyada isə 800 işçiyə təsir edəcək və bu, avtomobil istehsalçısının Avropadakı işçi qüvvəsinin 14 %-i deməkdir.

Daha əvvəl “Ford”un rəhbəri Cim Farli elektrikli avtomobillərin istehsalının 40 % daha az işçinin tələb etməsi barədə bildirib.

Seçilən
33
publika.az

1Mənbələr