AZ

COP29-da Qazaxıstan karbon əkinçiliyinin inkişafı təşəbbüsünü təqdim edib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan karbon əkinçiliyinin inkişafı təşəbbüsü ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, yan tədbir çərçivəsində Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev vurğulayıb ki, karbon əkinçiliyinin tətbiqi karbon emissiyalarını azaltmaqla yanaşı, kənd təsərrüfatının davamlı inkişafını da təmin edə bilər.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Torpaq ehtiyatlarının idarə edilməsi Komitəsinin sədri Murat Temirjanov qeyd edib ki, karbon əkinçiliyinin inkişafı müasir texnologiyaların tətbiqini və ciddi qanunvericilik dəstəyini tələb edir.

Müzakirələr zamanı ekspertlər Qazaxıstanın karbon əkinçiliyi sahəsində liderlik üçün yüksək potensiala malik olduğunu vurğulayıblar. Bu, ölkənin texnoloji strukturunun modernləşdirilməsinə və çox sayda iş yerlərinin yaradılmasına töhfə verə bilər.

Seçilən
38
ikisahil.az

1Mənbələr