AZ

UEFA-dan Rumıniya - Kosovo oyunu ilə bağlı sərt qərarlar - Texniki məğlubiyət, azarkeşsiz oyun, külli miqdarda cərimə...

Millətlər Liqasının 5-ci turunda Rumıniya millisi ilə qarşılaşan Kosovoya texniki məğlubiyyət (0:3) verilib.

Fanat.Az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytı məlumat yayıb.

Noyabrın 15-də Buxarestdə baş tutan qarşılaşma rumıniyalı azarkeşlərinin Serbiyaya dəstək şüarları səsləndirməsi ilə qonaq komandanın futbolçularının meydanı tərk etməsi səbəbindən yekunlaşmamışdı. 

Kosovo Futbol Federasiyası da komandanın nalayiq davranışına görə (matç zamanı 5 və daha çox futbolçu sarı vərəqə alıb) 6 min avro cərimələnib.

Rumıniya Futbol Federasiyası azarkeşlərin irqçi və/və ya ayrı-seçkilik xarakterli davranışlarına (macarlara qarşı ksenofobik şüarlar), təxribat xarakterli siyasi mesajlar nümayiş etdirdiyinə, yad əşyalar atdığına, pirotexniki vasitələrdən və lazer göstəricilərdən istifadə etdiyinə, milli komandanın oyunu zamanı nizamı pozduğuna görə ümumilikdə 128 min avro məbləğində cərimələnib.

Rumıniya millisi növbəti ev oyununu tamaşaçısız keçirəcək. Bundan başqa, rumınlara komandanın qeyri-münasib davranışına görə xəbərdarlıq edilib.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr