AZ

Xuan Mata bu klubun sahibi oldu - RƏSMİ

İspaniyalı futbolçu Xuan Mata Amerikanın "San-Dieqo" futbol klubunun həmsahibi olub. 

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.

Beləliklə, 36 yaşlı Mata David Bekhemdan sonra MLS klubunda pay sahibi olan ikinci əcnəbi oyunçu olub. 

Bu, Xuanın idman biznesinə ilk investisiyası deyil. Futbolçu həm də "Formula 1" komandası "Alpine Racing"-in investorlarından biridir.

"San-Dieqo" rəsmi olaraq 2023-cü ilin may ayında yaradılıb və hələ də komanda formalaşdırmaq prosesindədir. Kaliforniya klubu 2025-ci ildən MLS-də yarışacaq.

Xatırladaq ki, Xuan Mata sentyabrda transfer olduğu Avstraliyanın “Vestern Sydney Uanderers” (A-Liqa) klubunda çıxış edir.

Mirağa

Seçilən
2
fanat.az

1Mənbələr