Fransanın "Lill" klubu hücumçusu Conatan Devidi Almaniya təmsilçisi "Bavariya"ya buraxmayacaq.
Bakıvaxtı.az " RMC-yə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Olivye Letanq bildirib.
O, 24 yaşlı futbolçuya yeni müqavilə təklif etdiklərini və qərarını gözlədiklərini deyib.
Qeyd edək ki, C.Devid 2020-ci ilin yayından "Lill"də çıxış edir. O, bu mövsüm meydana çıxdığı 19 oyunda 13 qola, 2 məhsuldar ötürməyə imza atıb. Onun hazırkı müqaviləsinin müddəti növbəti ilin yayına qədər nəzərdə tutulub.