AZ

Krıma görə on minlərlə insan itirə bilmərik - Zelenski

Ukrayna işğal olunmuş heç bir ərazini, o cümlədən 2014-cü ildən etibarən işğal edilmiş torpaqları Rusiya ərazisi kimi tanımır və Krımı sülh razılaşması naminə güzəştə getməyə hazır deyil.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müsahibəsində bildirib.

O, atəşkəs və ya sülh razılaşması çərçivəsində Ukrayna ərazilərinin bir hissəsinin Rusiyanın əlində qalmasını qəbul edirsinizmi?" sualına cavab olaraq deyib ki, Ukrayna bunu qəbul etmir:

"Biz Ukraynanın işğal olunmuş heç bir ərazisini hüquqi cəhətdən Rusiya torpağı kimi tanıya bilmərik. Söhbət Putinin 2014-cü ildən, tammiqyaslı işğaldan əvvəl işğal etdiyi ərazilərdən gedir. Biz bunu hüquqi olaraq tanımırıq və qəbul etmirik".

Zelenski Krımın diplomatik yolla qaytarılmasının tərəfdarı olduğunu deyib:

"Krımı diplomatik yolla qaytarmağa hazırıq. Biz Krımın qaytarılması üçün on minlərlə vətəndaşımızı itirə bilmərik. Anlayırıq ki, Krımı qaytarmaq mümkündür".

Seçilən
5
axar.az

1Mənbələr