Yayda 10 milyon bazar dəyəri olan məşhur hücumçu Viktor Osimheni heyətinə cəlb etməklə diqqəti özünə çəkən "Qalatasaray" daha bir səs-küy yaradacaq transferə hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray" "Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq koreyalı ulduz Heung-Min Sonu heyətinə qatmaq istəyir.
Fərid Aslan
MİA.AZ