AZ

İranda 4,6 maqnitudalı zəlzələ

İranın Buşəhr əyalətinin Daştestan şəhərinin Bazarjan rayonunda Rixter şkalası üzrə 4,6 maqnitudalı zəlzələ olub.

Xezerxeber.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, yeraltı təkan 6 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Barazjandan 13 km, Vəhdətiyyədən 17, Saadabaddan 20 km məsafədə olub.

İtki və dağıntı barədə məlumat yayılmayıb.

Seçilən
32
19
xezerxeber.az

10Mənbələr