AZ

Lamin Yamal səfir oldu - VİDEO

"Barselona"nın hücumçusu Lamin Yamal UNICEF-in səfiri olub. 

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb. 

Bildirilib ki, Lamin UNICEF-in altruist səfiri olacaq. 
 

Maraqlıdır ki, 2008-ci ildə "Barselona"nın oyunçularının fotoşəkillərindən ibarət həmrəylik təqvimi nəşr edilib. Həmin təqvimin satışından əldə olunan gəlirin 50 faizi təşkilatın az inkişaf etmiş ölkələrdə uşaq hüquqlarını təşviq etmək və onlar üçün daha yaxşı imkanlar yaratmaq, həyata keçirilən layihələrə töhfə vermək üçün UNICEF-ə gedib. Təqvimdəki şəkillərin birində Lionel Messinin beş aylıq körpəni hamamda çimdirdiyi əks olunub. Həmin fotodakı uşaq Lamin Yamal olub.

Mirağa

Seçilən
18
fanat.az

1Mənbələr