AZ

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə riskinin artması ilə bağlı xəbərdarlıq edib.

Səfriliyin müracitətində deyilir ki, Ukraynada təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq.

“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir”, məlumatda qeyd edilir.

Xatırladaq ki, artıq Kiyevdə fəaliyyət göstərən bəzi xarici ölkə səfirlikləri, o cümlədən ABŞ, İtaliya, İspaniya, Yunanıstan analoji qərarlar verib.

Associated Press qeyd edir ki, xəbərdarlıq öz spesifikliyinə görə qeyri-adi idi, çünki Rusiyanın hava hücumları Ukraynada adi, demək olar ki, hər gün baş verən hadisəyə çevrilib.

Bununla belə, xəbərdarlıq Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki silah anbarını vuran hücumda ABŞ-ın uzaqmənzilli raketlərindən istifadə etdiyi barədə xəbərlərdən bir gün sonra edilib. ABŞ prezidenti Co Baydenin istifadəsinə icazə verdikdən sonra Ukrayna ordusu ATACMS-dən istifadə edib.

Rusiya prezidenti Vladimir Putin sentyabrda bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlarından istifadə edərək Rusiya ərazisinə zərbələr endirməyə icazə verərsə, “bu, NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq”.

Rusiya son vaxtlar hava hücumlarını gücləndirərək, bu həftə Ukraynanın enerji infrastrukturuna birləşmiş dron və raket zərbələri endirib.

Seçilən
41
turan.az

1Mənbələr