Bakıda manevr qaydasını pozan sürücülər qəza şəraiti yaradırlar. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan biri videogörüntü qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Söhbət paytaxtın Vunqtau küçəsindən ( "Fəridə" şadlıq sarayının yaxınlığından) gedir.
Belə ki, sözügedən küçədən geriyə manevr edən sürücülər qaydaları pozaraq təhlükə yaradırlar. Oxucu qeydə aldığı videoda bildirir ki, hətta orada tez-tez qəzalar da baş verir.
Sürücülərin bir-birinə təhlükə yaratması videogörüntüyə də əks olunub. Geriyə dönmə edən sürücülər sol zolağın dolu olduğunu görərək sağ zolaqlardan manevrə başlayırlar. "Toyota" markalı avtomobil sağ zolaqdan, avtobus sürücüsü isə onun sağından geriyə dönürlər. Nəticədə manevr zamanı onlar bir-birinə təhlükə yaradıblar.
Geriyə dönmə yerlərində sürücülər yalnız sol zolaqdan, 1 cərgə olaraq manevr etməlidirlər. Əks halda həm qayda pozuntusu hesab edilir, həm də qəzlara yol aça bilir.
Fərid
Mənbə: avtosfer.az