AZ

"Hərə öz tərbiyəsini göstərir" - MÜĞƏNNİ OD PÜSKÜRDÜ

Müğənni Aynur Dadaşova ilə aparıcı Nigar Fərhad arasında qalmaqal yaşanıb. SİA xəbər verir ki, onlar “Elgizlə izlə” verilişində qonaq olarkən mübahisə edib.

“Mən də aparıcıyam, verilişimdə divanda çox ədəb-ərkandan danışan müğənnilər görmüşəm, onların keçmişini bilirik. Mən də onlardan danışa bilərəm. Düşünürsünüzsə, mənə yaraşmır, verilişimi izləməyin və qonaq gəlməyin. Siz mənə dərs keçə bilməzsiniz. Tövsiyəniz üçün təşəkkür edirəm, başqa yerdə istifadə edə bilərsiniz”, - deyə, Nigar Fərhad bildirib.

Aynur Dadaşova isə ona “Danışa bilərsən. Barmağını belə etmək aparıcıya yaraşmayan hərəkətdir. Qızım, düz deyil. Mən sənə yox, heç kimə dərs keçə bilmərəm. Hər kəsin öz qanacağı, mərifəti, qabiliyyəti və tərbiyəsi var” cavabını verib.

SİA mövzu ilə bağlı müğənni Aynur Dadaşovanın fikirlərini öyrənib. O açıqlamasında bildirib ki, hərə öz tərbiyəsini göstərir: “Mən 35 ildir ki, bu sənətdəyəm və nə “TikTok”, nə də “İnstagram” vasitəsilə gündəmə gəlməmişəm”.

Müğənni sözlərinə belə davam edib: “O aparıcı belə barmaq hərəkətləri ilə gündəmə gəlir. Bu aydın məsələdir. Qınamıram, aşıq gördüyünü çalar”.

Ayşən Vəli

Seçilən
26
50
sia.az

10Mənbələr