AZ

Azərbaycanlı xanımın fəalın taleyi barədə məlumat verilmir

Məcburi hicab qaydalarına etiraz edən Tehranda yaşayan azərbaycanlı xanım fəal Roşənək Molayinin harada saxlanıldığı və vəziyyəti barədə məlumat verilməməsi onun ailəsinin narahatlığına səbəb olub.

Bu barədə insan haqları təşkilatları onun yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, noyabrın 12-də İnternet və Kiberməkana Nəzarət Polisi onun dindirmək üçün bölməyə çağırıb və o gündən xanım fəal yoxa çıxıb. 

Əslən təbrizli olan 25 yaşlı Roşənək Molayinin ailə üzvləri və yaxınlarının müraciətlərinə baxmayaraq, onun harada saxlanıldığı və ittihamı barədə məlumat verilməyib.

Qeyd edək ki, Molayi məcburi hicab qaydalarını pozduğuna görə onu təhqir edən hökumət məmuruna müqavimət göstərdiyini əks etdirən videonun sosial mediada yayılmasından sonra polisə çağırılıb.

O, bundan əvvəl 2021-ci ilin sentyabr ayında da ümumi etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilərək Tehranın Evin və Qərçək həbsxanalarında saxlanılıb.

visiontv.az



Seçilən
12
visiontv.az

1Mənbələr