AZ

ABŞ Kiyevə 275 milyon dollarlıq SİLAH GÖNDƏRDİ, Ukrayna yeni şəhərlərə HÜCUMA KEÇDİ – Döyüş ŞİDDƏTLƏNDİ

Ukrayna orsdusu Kursk vilayətində tarixi knyaz Baryatinski malikanəsinə zərbələr endirib.

Bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, malikanəyə HİMARS vasitəsilə 11 raket və avia bomba atılıb. Zərbələr nəticəsində xəsarət ala olmayıb. Yalnız 5 minik avtomobili yararsız vəziyyətə düşüb. Malikanənin binaları ziyan görməyib.

Qeyd edək ki, “Marino” saray kompleksi XIX əsrdə inşa olunub.

ABŞ Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim edib.

"AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, Ukrayna bu silahları alacaq:

▪️ Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün sursat
▪️ 155 mm və 105 mm çaplı artilleriya silahları üçün sursat
▪️ 60 mm və 81 mm kalibrli minaatan mərmiləri
▪️ Pilotsuz Təyyarə Sistemləri (PUA)
▪️ Optik istiqamətləndirici və naqillə idarə olunan TOW raketləri
▪️ Cirit və AT-4 tank əleyhinə sistemlər
▪️ Atıcı silahlar və döyüş sursatları
▪️ Partlayıcı maddələr
▪️ Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Müdafiə Avadanlığı
▪️ Ehtiyat hissələri, xidmətlər və təlim üçün avadanlıqlar və nəqliyyat.

Ekspertlərin fikrincə, ABŞ Rusiya ərazisindəki hədəfləri vurmağa icazə verdikdən sonra bu yardım paketi əhəmiyyətə malikdir. Pentaqon açıqladğı paketdə göndərilən bütün silah və sursatların hamısı qeyd olunmur. Böyük ehtimal, ATACMS-ların növbəti partiyası da Ukraynaya göndəriləcək.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Seçilən
4
2
musavat.com

3Mənbələr